® "Amrahbank"da qanvermə aksiyası keçirilib

<font color=red>® </font> "Amrahbank"da qanvermə aksiyası keçirilib
# 02 iyun 2017 14:41 (UTC +04:00)

"Amrahbank"ın Gəncə filialında talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib.

Azərbaycanda talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədi ilə ötən illərdə olduğu kimi "Amrahbank" ASC bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyaları keçirir.


Növbəti qanvermə aksiyası, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, may ayının 26-da, "Amrahbank"ın Gəncə filialında təşkil olundu. Aksiyada “Amrahbank”ın əməkdaşları və müştəriləri könüllü olaraq qan verdilər.

Xatırladırıq ki, Beynəlxalq Sağlamlıq Gününə təsadüf edən əvvəlki qan vermə aksiyası 7 aprel 2017-ci il tarixdə "Amrahbank"ın baş ofisində həyata keçirilmişdir.

Onu heç vaxt unutmayaq ki, qanverməyə ayırdığımız bir saat vaxt, bir həyata bərabər ola bilər!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR