Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb

Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb
# 03 dekabr 2012 11:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qan xəstəliyindən əziyyət çəkən və noyabr ayında Rusiya paytaxtına aparılan Ermənistan ordusunun əsgəri Artur Koçaryan vəfat edib. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, bu barədə xəbər “Susmayacağıq” Vətəndaş Təşəbbüs Qrupu tərəfindən yayılıb. Əsgərin atası Romik Koçaryan həkimə istinadən bildirib ki, oğlunun Moskvaya aparılması qərarını Ermənistan Müdafiə Nazirliyi bu qədər gec verməsəydi, onun həyatını xilas etmək mümkün olardı: “Oğlumun dəfnindən sonra susmayacağam. Qoy, hamı bilsin ki, bolluq içində yaşayan generallar üçün əsgər həyatının dəyəri əslində nə qədərdir”.

Əsgərin atası Ermənistan Müdafiə Nazirliyinin onlara qarşı biabırçı rəftarından da danışıb. Onun sözlərinə görə, 1 il 9 aylıq hərbi xidmətdən sonra oğlunda kəskin qan xəstəliyi aşkarlanıb. Həkimlər deyiblər ki, Arturun müalicəsi yalnız xaricdə mümkündür: “Müdafiə Nazirliyi bizdən xahiş etdi ki, müalicə üçün ən uyğun variantı tapaq. Onlar müalicə xərcini ödəyəcəklərini söylədilər. Sonra məlum oldu ki, ən yaxşı variant Moskvaya göndərməkdir. Nazirlikdən bizə sponsor tapmaq təklif edildi, əks halda onlar çox cüzi məbləğ verə biləcəklərini dedilər. Öz əsgərinə bu cür münasibət olarmı? Generallar 100 min dollarlıq avtomobil sürürlər, ölüm ayağında olan əsgərlərinə isə pul ayıra bilmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR