Yanvarda Berlində Beynəlxalq Yaşıl Həftə sərgisi keçiriləcək

Yanvarda Berlində Beynəlxalq Yaşıl Həftə sərgisi keçiriləcək
# 18 dekabr 2012 13:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvarın 18-27-də Berlində «Beynəlxalq Yaşıl Həftə-2013» sərgisi, fevralın 13-16-da Nürnberq şəhərində isə orqanik məhsullar üzrə «Biofach» sərgisi, oktyabrın 5-9-da isə Kölndə «Anuqa» Beynəlxalq Ticarət Sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən sahibkarlar Almaniyada keçiriləcək beynəlxalq sərgilərdə iştiraka dəvət olunur. Sərgilərdə iştirak etmək istəyən sahibkarlar müvafiq məlumatları (müəssisənin və rəhbərinin adı, fəaliyyət sahəsi, hüquqi ünvanı, əlaqə telefonları, elektron ünvanı, sərgidə nümayiş olunacaq məhsullar, sərgilərdə iştirak edəcək nümayəndələr) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə təqdim edə bilər.

Əlaqə telefonu: (+994 12) 493-04-68; 498-14-73.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR