Suriya müxalifəti: «Əsəd heç bir halda hakimiyyətdə qala bilməz»

Suriya müxalifəti: «Əsəd heç bir halda hakimiyyətdə qala bilməz»
# 25 dekabr 2012 04:16 (UTC +04:00)

Bakı-APA. Bəşər Əsədin 2014-cü il prezident seçkilərinə qədər hakimiyyətdə qalmasını nəzərdə tutan Suriya böhranının həlli layihələri qəbuledilməzdir. APA-nın məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalına açıqlamasında Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasının (MİQMK) lideri Əhməd əl-Xatib bəyan edib.

“MİQMK Əsədin dərhal postu tərk etməsini tələb edir və yalnız bu baş verdikdə hər-hansı siyasi sövdələşmə barədə müzakirə aparmağa razılaşa bilər”, deyə əl-Xatıb bildirib.

Qeyd edək ki, Əl-Xatibin bəyanatı ərəb və qərb KİV-lərində böhrandan kompromis variantın üzə çıxmasından sonra səslənib. Bu variantın əsasını iyunun 30-da Cenevrədə “Hərəkət qrupu”nun əldə etdiyi razılaşmalar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR