Yaponiyada zəlzələ olub

Yaponiyada zəlzələ olub
# 07 dekabr 2012 11:23 (UTC +04:00)

Bakı – APA. Yaponiyanın Xonsyu adasında 7,3 bal gücündə zəlzələ olub. APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, seysmoloqlar Xonsyu adasının şərq sahilində 1 metr hündürlüyündə sunami proqnozlaşdırırlar.

ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Miyaqi əyaləti sahillərində olduğunu müəyyənləşdirib. 2011-ci ilin martında baş verən dağıdıcı zəlzələnin də episentri bu ərazidə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR