Silahlı müxalifət Dəməşq hava limanını mühasirəyə alır

Silahlı müxalifət Dəməşq hava limanını mühasirəyə alır
# 08 dekabr 2012 02:56 (UTC +04:00)

Bakı-APA. Dəməşqin beynəlxalq hava limanına gedən yollar müxalifətçilərin əlinə keçib. Bu barədə müxalifətçilər özləri bəyanat yayıblar.

Müxalifətçilər mülki şəxsləri hava limanına getməməyə çağırıblar. Onlar həmçinin beynəlxalq aviaşirkətlərə təyyarələrini Dəməşqdə endirməmək barədə xəbərdarlıq göndəriblər.

Ötən həftə də Suriya müxalifətçiləri Dəməşq hava limanına gedən yolları gələ keçirmişdilər. Lakin hökumət qüvvələri yenidən həmin əraziyə nəzarəti ələ keçirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR