Türkiyədən Bakıya yeni minik maşınları gətirən TIR yoldan çıxaraq aşıb

Türkiyədən Bakıya yeni minik maşınları gətirən TIR yoldan çıxaraq aşıb
# 04 dekabr 2012 10:04 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov – APA. Türkiyədən Bakıya yeni minik maşınları gətirən TIR avtomobili yoldan çıxaraq aşıb. APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 204-cü kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı Əhməd Gözəlin idarə etdiyi, 34 UN 7383 nömrə nişanlı yük maşınının

sürücünün yuxulu olması səbəbindən təmir aparılan yolda aşdığı bildirilir.

Nəticədə 6 ədəd yeni “Volkswagen” markalı avtomobil yük maşınından düşərək əzilib.

Xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR