Səfir Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidentinə təqdim edib - FOTO

Səfir Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının Prezidentinə təqdim edib   - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 09:45 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səmimi mühitdə keçən söhbətin əvvəlində Avropa Komissiyasının Prezidenti Azərbaycan prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib. Joze Manuel Barroso Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu vurğulayıb, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirib. Avropa Komissiyasının Prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını qeyd edərək, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə edib.

Cənab Barroso Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, mövcud status kvonun qəbuledilməz olduğunu qeyd edib və Aİ-nin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. O, Aİ-nin münaqişənin həlli prosesinə töhfə verməyə hazır olduğu bəyan edib.

Səfir Fuad İsgəndərov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Joze Manuel Barrosoya çatdırıb və ölkə başçısının cənab Barroso ilə görüşləri haqqında xoş xatirələrə malik olduğunu bildirib. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkəmizin Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu qeyd edib. Səfir Fuad İsgəndərov Azərbaycanda həyata keçirilən inkişaf layihələri barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırıb.

Avropa Komissiyasının Prezidenti öz tərəfindən Prezident İlham Əliyevlə keçirdiyi bütün ikitərəfli görüşlərin onda ən xoş təəssüratlarla qaldığını, Azərbaycanın dövlət başçısının öz ölkəsinin müasirləşməsi və inkişaf etdirilməsinə böyük önəm verdiyinin şahidi olduğunu və Azərbaycanın dostu olaraq bu məqsədə dəstək verməkdən məmnun olacağını bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularının çatdırılmasını bir daha xahiş edərək, yeni ildə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyində olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR