Bu ilin 9 ayında BP şirkəti ARDNŞ-ə 2,8 mlrd. kubmetr səmt qazı verib

Bu ilin 9 ayında BP şirkəti ARDNŞ-ə 2,8 mlrd. kubmetr səmt qazı verib
# 27 noyabr 2012 07:35 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında «Əsrin müqaviləsi» - «Azəri-Çıraq-Günəşli» (AÇG) layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 10,2 mln. kubmetr və ya ümumilikdə 2,8 mlrd. kubmetr səmt qazı verilib. Bu barədə «APA-Economics»ə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfinə ötürülən səmt qazının bir hissəsi Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün «Azəriqaz» İB-nin dövlət qaz şəbəkəsinə, digər hissə isə ARDNŞ-in «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

«Platformalardan hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə «Mərkəzi Azəri»dəki kompressor və suvurma platformasına (KSVP) göndərilib. Hazırda «Mərkəzi Azəri»də beş quyudan laya qaz vurma əməliyyatları davam edir», - deyə məlumatda bildirilir. Şirkətin məlumatına görə, ümumilikdə 2012-ci ildə ARDNŞ-ə təqribən 3 mlrd. kubmetr səmt qazının verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR