Slovakiyada müəllimlərin ümummilli müddətsiz tətili keçirilir

Slovakiyada müəllimlərin ümummilli müddətsiz tətili keçirilir
# 27 noyabr 2012 00:47 (UTC +04:00)

Bakı-APA. Slovakiyada müəllimlər və təhsil müəssisələri işçilərinin irimiqyaslı ümummilli tətili keçirilir. Aksiya iştirakçıları maaşlarının artırılmasını və təhsil sisteminin maliyyələşməsinin yaxşılaşdırılmasını tələb edirlər.

Tətil noyabrın 26-dan başlayıb. Elm və təhsil işçilərinin həmkarlar ittifaqının sədri Pavel Ondek tətildə 150 min pedaqoji işçinin və təhsil müəssisələrinin texniki heyəti üzvlərinin iştirak edəcəyini bildirib.

Həmkarlar ittifaqının məlumatına görə, müddətsiz tətildə ibtidai məktəblərin heyətinin 80%-i və orta məktəblərin heyətinin 70%-i iştirak edirlər.

Slovakiyanın baş naziri Robert Fitso bu gün tətil edənlərlə görüşmək niyyətindədir.

Slovakiyada ibtidai sinif müəlliminin orta aylıq maaşı 541 avrodur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR