İsrail təyyarələri HƏMAS-ın iqamətgahını bombalayıb

İsrail təyyarələri HƏMAS-ın iqamətgahını bombalayıb
# 17 noyabr 2012 08:04 (UTC +04:00)

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bina tamamilə dağıdılıb. Ətrafdakı evlərə ciddi ziyan dəyib. Ölən və yaralananlar barədə məlumat verilmir.

İsrail Müdafiə Nazirliyi faktı təsdiqləyərək bildirib ki, bu gecə Qəzza sektorunda ümumilikdə 85 hədəfə raket zərbələri endirilib.

HƏMAS-ın mətbuat xidməti isə İsmayıl Haniyənin iqamətgahına dörd raket atıldığını açıqlayıb: “Hökumət fəaliyyətini davam etdirir və öz xalqı ilədir”.

Qeyd edək ki, noyabrın 16-da İsrailin Qəzza sektorunda hərbi əməliyyatları bərpa etməsindən sonra 30 fələstinli həlak olub. HƏMAS-ın İsrail ərazisinə buraxdığı raketlər isə 3 israilli hərbçinin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR