Borçalı-Qarapapaq nağılları Türkiyə türkcəsində yayımlanıb

Borçalı-Qarapapaq nağılları Türkiyə türkcəsində yayımlanıb
# 23 dekabr 2012 04:24 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyədə “Qardaş nağıllar” seriyasından Anadolu türkcəsinə çevrilmiş özbək və tərəkəmə (qarapapaq) nağıllarından ibarət kitab nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabın “Tərəkəmə nağılları” bölümündə Azərbaycan Folkloru Antologiyasının “Borçalı-Qarapapaq cildi”ndən (toplayıb tərtib edəni: prof. Valeh Hacılar) “İri buğdanın sirri”, “Xoşbəxt adam”, “Təsbeh kimə çatmalıdı” və s. nağıllar, eləcə də Qars vilayətinin Susuz bölgəsindən yazıya alınmış nağıl nümunələri əks olunub.

Kitabın tərtibçisi Almaniyada yaşayan qarslı soydaşımız Yücel Feyzioğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR