Şabranda minik avtomobili ilə yük maşını toqquşub

Şabranda minik avtomobili ilə yük maşını toqquşub
# 19 oktyabr 2017 01:15 (UTC +04:00)

Şabranda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR