Şamaxıda 30 ev qəzalı vəziyyətə düşüb

Şamaxıda 30 ev qəzalı vəziyyətə düşüb
# 08 noyabr 2012 19:33 (UTC +04:00)
Şamaxı. Zahid Abışov-APA. Şamaxı rayonunun Meysərli kəndində 30 ev qəzalı vəziyyətə düşüb.

APA-nın Aran bürosunun xəbərinə görə, son günlər yağan intensiv yağışlar nəticəsində kənddə bəzi ərazilərdə sürüşmə baş verib və evlərin zirzəmisi su ilə dolub.

Kənd sakinlərinin bildirdiyinə görə, 30 ev qəzalı vəziyyətə düşüb, bir neçə evi isə sakinlər tərf etməli olublar.

Daha çox kərpicdən tikilmiş evlərdə çökmə baş verib.

Məsələ ilə bağlı kənd sakinləri rayon fövqaladə hallar komissiyasına məlumat veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR