Bakıda 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisi keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisi keçirilir   - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 noyabr 2012 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA “Bakı Expo” sərgi mərkəzində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş 3-cü beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” (CTE 2012) sərgisi başlayıb. APA-nın xəbərinə görə, sərginin açılışında iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov nümayiş olunan stendlərlə tanış olub.

Nazirə məlumat verilib ki, sərginin başlıca məqsədi ölkədə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasion avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və təbliğ etməkdir. “CTE-2012” sərgisində Azərbaycan, Almaniya, Belçika, İsrail, Türkiyə, Fransa və digər ölkələrdən 60 şirkət iştirak edir. İlk dəfə olaraq, sərgi çərçivəsində korlanmış dəniz eko-sisteminin bərpası üzrə xüsusi texnologiyalar nümayiş etdiriləcək. H. Bağırov Azərbaycanda belə bir sərginin keçirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, tədbirdə yerli şirkətlərlə yanaşı, xarici təşkilatlar da öz məhsullarını təqdim edir və qarşılıqlı əməkdaşlıq münasibətləri başlayır. Nazirin sözlərinə görə, hər il Bakıda keçirilən bu sərgi ətraf mühit sahəsindəki mövcud vəziyyətdən nə qədər şikayətlənsək də, bir çox işlər görüldüyünü və nailiyyətlərin əldə olunduğunu sübut edir: “Bu tədbirlər ekoloji sahə üzrə qarşılıqlı fikir mübadilələrinin aparılmasına və ekoloji texnologiyaya ehtiyacı olan ölkələrlə əməkdaşlığın yaranmasına şərait yaradır”.

Sərgi noyabrın 23-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR