Ermənistanın Armavir vilayətinin qubernatoru Təbrizdə səfərdədir

Ermənistanın Armavir vilayətinin qubernatoru Təbrizdə səfərdədir
# 28 noyabr 2012 11:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Ermənistanın Armavir vilayətinin qubernatoru Aşot Qəhrəmanyan Təbrizdə səfərdədir.

APA-nın İRNA-ya istinadən məlumatına görə, Təbriz şəhərində İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi ilə Ermənistanın Armavir vilayətinin qubernatoru Aşot Qəhrəmanyan arasında görüş keçirilib.

Ə.Ə.Beygi bildirib ki, Ermənistanın kənd təsərrüfatı sektorunun potensialını nəzərə alaraq bu sahəyə investisiya qoymağı düşünürlər: “Bunun üçün İranın Şərqi Azərbaycan vilayətinin texnoloji imkanları da var. Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq”.

A.Qəhrəmanyan isə öz növbəsində İran-Ermənistan əlaqələrinin başqa ölkələrə zərər vermədiyini və sırf iki ölkənin mənfəətlərini təmin etməyə yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, İran və Ermənistan iki dost və qonşu ölkədir: “Bu baxımdan bir çox sahədə əməkdaşlığı inkişaf etdirmək vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR