Kürdəmirdə 14 yaşlı uşaq qətlə yetirilib - VİDEO - YENİLƏNİB

Kürdəmirdə 14 yaşlı uşaq qətlə yetirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2015 07:37 (UTC +04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti nar bağında aşkar edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.

Şöbədən verilən məlumata görə, azyaşlının ölümünə səbəb boğulma olub.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR