Bolqarıstan parlamentinin sədrinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Bolqarıstan parlamentinin sədrinin Azərbaycana səfərinin proqramı açıqlanıb
# 20 noyabr 2012 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, parlament sədri Bakıda QDİƏT Parlament Məclisinin 40-cı iclasında iştirak edəcək. İclasda quruma sədrliyin Azərbaycandan Bolqarıstana keçməsi nəzərdə tutulur. Bundan başqa Tsetska Tsaçeva Azərbaycanın baş naziri Artur Rəsizadə ilə də görüşəcək.

Qeyd olunan tədbirdə iştirak etmək üçün QDİƏT-in baş katibi Viktor Tsvirkun da Bakıya gələcək. Parlament Məclisinin iclasından əvvəl Bakıda QDİƏT PM Bürosunun 47-ci toplantısı və Daimi Komitənin 40-cı iclası keçiriləcək.

Xatırladaq ki, Azərbaycan QDİƏT Parlament Məclisinə 6 ay sədrlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR