«Azercell» şəbəkə xarici zənglərə endirim kampaniyası keçirir

«Azercell» şəbəkə xarici zənglərə endirim kampaniyası keçirir
# 15 noyabr 2012 15:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» MMC şəbəkə xarici zənglərə endirim kampaniyasına başlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, indi «Azercell» abunəçiləri şəbəkə xarici zəngləri 50% endirimlə danışacaq.

Sözügedən kampaniyadan həm «SimSim», həm də «Fakturarlı Xətt» abonentləri yararlana biləcəklər.

Noyabrın 16-dan dekabrın 20-dək davam edəcək kampaniyaya abunəçilər avtomatik qoşulacaq. Abunəçilər şəbəkə xarici 50% endirim kampaniyasından yalnız ölkə daxili zənglər üçün istifadə edə biləcəklər. Eyni zamanda «GəncSim» və «Bölgə» tarifində olan abunəçilər də avtomatik olaraq bu kampaniyada iştirak edəcəklər. Lakin «Tələbə 1-liyi» tarifindən istifadə edən abunəçilər bu kampaniyadan yararlana bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR