Ombudsmanın MPM qrupunun üzvləri Saraydakı internat evinə başçəkmə həyata keçiriblər

 Ombudsmanın MPM qrupunun üzvləri Saraydakı internat evinə başçəkmə həyata keçiriblər
# 30 noyabr 2012 15:26 (UTC +04:00)

Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı internat evinə növbədənkənar başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədəki uşaq və yeniyetmələrlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub. Qeyd edilib ki, müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenilənib, zəruri avadanlıqla təmin edilərək müasir standartlara uyğunlaşdırılıb. Bu müəssisəyə əvvəlki başçəkmələrdə şəraitin ağır olduğu müəyyən edilib. Son başçəkmə zamanı isə şəraitlə bağlı problemlərin tamamilə aradan qaldırıldığı aşkarlanıb.

Qrupun üzvləri yeni yaradılmış idman zalı, məşğələ otağı, yataqxanalar, hər bir yataqxananın hamamı və sanitar qovşağı, tikiş sinfi, musiqi zalı, mətbəx, ərzaq anbarına baxış keçiriblər.

Başçəkmə günü 12 uşağın ad gününə təsadüf edib və MPM qrupunun üzvləri Müvəkkilin adından onları təbrik ediblər.

Məlumata görə, burada əqli qüsurlu uşaqların yemək təminatı araşdırılıb və nəticə qənaətbəxş hesab olunub. Başçəkmə zamanı saxlanılma şəraitindən və uşaqlarla rəftardan şikayət olunmayıb. Araşdırma zamanı müəssisənin standartlara cavab verdiyi və oradakı şəxslər üçün lazımi şərait yaradıldığı müəyyən edilib. İnternat evinin rəhbərinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR