İraqın baş naziri kürdlərə qarşı xüsusi təyinatlı hərbi birləşmə yaradır

İraqın baş naziri kürdlərə qarşı xüsusi təyinatlı hərbi birləşmə yaradır
# 15 noyabr 2012 02:34 (UTC +04:00)

Bakı-APA. İraqda hökumət böhranı getdikcə böyüyür. APA-nın Rudaw internet saytına istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Cəlal Tələbani baş nazir Nuri əl-Maliki ilə aralarında olan narazılıq səbəbindən paytaxt Bağdadı tərk edib.

Məlumata görə, səbəb Malikinin İraq ordusunun tərkibində xüsusi təyinatlı «Diclə Əməliyyat Qüvvəsi» hərbi hissəsini yaratmasıdır. Müşahidəçilərin fikrincə, «Diclə Əməliyyat Qüvvəsi» ölkənin kürdlər yaşayan bölgələrdə xüsusi əməliyyatlar aparması üçün yaradılır. Bundan əlavə milliyyətcə ərəb olan Maliki Şimali İraqdakı kürd silahlıların İraq ordusuna tabe olmasını tələb edib.

Baş nazirin addımları ilə razılaşmayan milliyyətcə kürd Cəlal Tələbani paytaxtı tərk edərək kürdlərin nəzarətindəki Süleymaniyyə şəhərinə gedib. Tələbani «Diclə Əməliyyat Qüvvəsi»nin bölgə üçün təhlükə olacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR