Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub

Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub
# 24 dekabr 2012 11:48 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Dekabrın 24-də Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə 21 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun müvafiq idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak ediblər.

Çıxışlarda ölkə başçısının doğum günündə, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində rayonun Bala Şürük və Tütəpeştə kəndlərinə təbii qazın verilməsi dövlətin layiqli töhfəsi kimi dəyərləndirilib. O da qeyd olunub ki, son illər Lənkəran rayonunun qaz təminatının yaxşılaşdırılması, təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, qaz şəbəkəsinin inkişafı istiqamətində ARDNŞ-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən böyük işlər görülür, qaz təchizatı sistemində mövcud olan problemlər aradan qaldırılır. Hazırda Lənkəranın 30-dan yuxarı qəsəbə və kəndində qazlaşdırma işləri davam etdirilir.

Lənkəran Qaz İstismar Sahəsinin baş mühəndisi Azad Babayevin sözlərinə görə, 187 abonenti olan Bala Şürük kəndinin qazlaşdırılması üçün 8 000 metr, 300 abonenti olan Tütəpeştə kəndinin qazlaşdırılması üçün isə 10 000 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bu yaşayış məntəqələrindəki mənzillər sayğacla təchiz olunmaqla bütün həyətlərdə fərdi tənzimləyicilər quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR