Asəf Hacıyev: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox şəhərləri və onların mədəni-tarixi irsi məhv edilib”

 Asəf Hacıyev: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox şəhərləri və onların mədəni-tarixi irsi məhv edilib”
# 27 noyabr 2012 12:15 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. “Təkcə Bakıda və onun ətrafında yaşıllığı təmin etmək üçün son 3 ildə 3,5 milyon müxtəlif adda ağac və kollar əkilib”. APA-nın xəbərinə görə, bunu Milli Məclisdə “QDİƏT üzv dövlətlərinin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri” mövzusunda məsələnin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədri Asəf Hacıyev deyib.

Şəhərlərdə mədəni irsin qorunması barədə danışan A. Hacıyev təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox şəhərləri və onların mədəni-tarixi irsi məhv edilib: “Təkcə Dünya Bankının hesablamalarına əsasən işğal olunan ərazilərə dəyən ziyanın 60 milyard dollar təşkil etdiyi deyilir. Ancaq dünya ictimaiyyəti Azərbaycana qarşı işğalçılıq siyasətinə, mədəni və tarixi abidələrin dağıdılmasına biganə yanaşır və susmaqda davam edir. Bu işğal faktı davam etdikcə hansı ədalətdən söhbət gedə bilər? Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu mövqe ikili standartın bariz nümunəsidir”.

A. Hacıyevin sözlərinə görə, dünya ictimaiyyətinin Ermənistandan bu işğalçılıq siyasətinə son qoymağı tələb etməsinin vaxtı çoxdan yetişib: “Maddi irsi və şəhərləri dağıdanlar cəzalandırılmalıdır. Dağlıq Qarabağ probleminin həlli regionda sülhün, ədalətin və sabitliyin bərqərar olmasına gətirib çıxarar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR