Xızı və Siyəzən rayonları polis şöbələrinin saxlanma yerlərində monitorinq aparılıb

 Xızı və Siyəzən rayonları polis şöbələrinin saxlanma yerlərində monitorinq aparılıb
# 30 noyabr 2012 15:33 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun Quba Regional Mərkəzinin üzvləri Xızı və Siyəzən rayonlarının Polis şöbələrinin MSY-lərinə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmələr zamanı MSY-lərdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olublar. Onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçirilib.

Saxlanılanlarla söhbət zamanı həmin şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan narazılıq etməyiblər. Başçəkmələr zamanı hər hansı pozuntu halları müşahidə olunmayıb.

MSY-lərin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR