Azərbaycanda məcmu bank aktivləri 18% artıb

Azərbaycanda məcmu bank aktivləri 18% artıb
# 12 noyabr 2012 08:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 2 431,3 mln. manat və ya 17,9% artaraq 2012-ci il oktyabrın 1-nə 15 998,92 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin sentyabr ayında aktivlərin həcmi 485,07 mln. manat və ya 3,1% artıb:

<img src=" ">

Bank aktivlərinn strukturunda əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 10 130,4 mln. manat təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 256,7 mln. manat investisiyalar, 1 069,0 mln. manat müxbir hesabları, 769 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 655,7 mln. manat nağd vəsaitlər və 2 118,1 mln. manat digər aktivlərin payına düşür.

Passivlərin tərkibində 7 058,3 mln. manatı depozitlər, 4 755,8 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 844,2 mln. manatı digər öhdəliklər və 2 340,6 mln. manatı kapital təşki edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR