Antalyada 3,7 bal gücündə zəlzələ baş verib

Antalyada 3,7 bal gücündə zəlzələ baş verib
# 08 dekabr 2012 10:58 (UTC +04:00)

Bakı-APA. Antalyada bu gün Bakı vaxtı ilə 09.43 radələrində 3,5 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, yerin 3,7 kilometr dərinliyində baş verən zəlzələnin episentri Almalı qəsəbəsinin Küçüksöylə kəndinə düşüb. Zəlzələ nəticəsinə tələfat və dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, bu, Antalyada son iki gündə baş verən ikinci zəlzələdir. Dünən səhər saatlarında bas verən 4,1 bal gücündə zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR