Barak Obama HƏMAS-dan İsraili atəşə tutmamağı tələb edib

Barak Obama HƏMAS-dan İsraili atəşə tutmamağı tələb edib
# 20 noyabr 2012 03:58 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Fələstinin HƏMAS hərəkatının İsraili atəşə tutmasına son qoymalı olduğunu bildirib. Bu barədə o Misir prezidenti Məhəmməd Mursi ilə telefon söhbətində qeyd edib.

«HƏMAS İsrail torpaqlarını atəşə tutmaq praktikasına son qoymalıdır», deyə Ağ Evin məlumatına görə B.Obama söhbət əsnasında bildirib.

İsrail noyabrın 14-də ərazisinin Fələstin qruplaşmaları tərəfindən atəşə tutulmasını səbəb kimi göstərərək Qəzza zolağına hücuma başlayıb.

İsrailin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb. Bu barədə Fələstin səhiyyə nazirliyindən məlumat verilib.

Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yalnız noyabrın 19-da 27 nəfər həlak olub.

Yaralıların sayı isə 850 nəfəri keçib. Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidranın sözlərinə görə, artıq dərman preparatları və tibbi ləvazimatın, xüsusən güclü antibiotiklər, bintlər, anesteziya üçün vasitələr, və yodun çatışmazlığı hiss olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR