Azərbaycan prezidenti Balaxanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib - FOTO

Azərbaycan prezidenti Balaxanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib - <span style="color: red;">FOTO
# 19 dekabr 2012 11:52 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da Balaxanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. “APA-Economics”in məlumatına görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, parkın yaradılmasında məqsəd ölkədə yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

Sənaye parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaq.

Dövlət başçısı sənaye parkının təməlini qoyub.

Azərbaycan prezidentinə Balaxanı qəsəbəsinin su təchizatı layihəsi barədə də məlumat verilib.

Bildirilibki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi ilə bağlı müqaviləyə əsasən sosial layihələrin icrası çərçivəsində Balaxanı qəsəbəsində su şəbəkəsinin yaradılması layihəsi də həyata keçiriləcək. Çəkiləcək su xəttinin uzunluğu 80 kilometrdən çox olacaq. Bu isə Balaxanı qəsəbəsinin su təchizatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcək. Yeni su xəttinin çəkilişinin bir il müddətində başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR