Azərbaycan Təhsil Nazirliyi: Gürcüstandakı azərbaycanlıların təhsil problemləri həll etmək üçün müəyyən saziş və ya dövlətlərarası sənəd olmalıdır

Azərbaycan Təhsil Nazirliyi: Gürcüstandakı azərbaycanlıların təhsil problemləri həll etmək üçün müəyyən saziş və ya dövlətlərarası sənəd olmalıdır
# 23 noyabr 2012 10:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan və Gürcüstan hökumətləri arasında saziş və ya dövlətlərarası tənzimlənən sənəd olmalıdır ki, azərbaycanlıların təhsil problemlərini həll etmək mümkün olsun. Bir sözlə, hər bir məsələ hökumətlər arasında razılaşdırılmalıdır”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov Gürcüstandakı azərbaycanlıların təhsil problemləri, xüsusilə kadr məsələlərinin həllinə münasibət bildirərkən deyib.

Şöbə müdiri Gürcüstanda yaşanan problemlərdən xəbərdar olduqlarını söyləyib. O qeyd edib ki, nazirlik təşəbbüs göstərib Gürcüstandan müəllimləri Azərbaycana dəvət edərək onları hazırlaya bilməz: “Yalnız iki ölkə arasındakı razılaşma əsasında hər hansı fəaliyyəti həyata keçirə bilərik. Əvvəllər belə bir razılıq olsa da, burada söhbət müəllim hazırlığından yox, ixtisasartırmadan gedirdi. Bir müddət Azərbaycandan müəyyən qruplar Gürcüstana gedərək orada müəllimlərin ixtisasartırması ilə məşğul olublar. Lakin sonradan Gürcüstanda hakimiyyət dəyişdiyi üçün bu prosesin davam etdirilməsi mümkün olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR