Fransalı diplomatlar İsa Qəmbər və Əli Kərimli ilə görüşüblər

Fransalı diplomatlar İsa Qəmbər və Əli Kərimli ilə görüşüblər
# 07 dekabr 2012 14:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və Fransanın Azərbaycandakı səfiri Paskal Monie AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb.

AXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkədə demokratiya və insan haqları məsələsi, siyasi motivlərə görə həbs olunanların taleyi, sərbəst toplaşmaq azadlığı və digər məsələlər müzakirə mövzusu olub.


Görüşdə islahatların aparılması, Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı fikir mübadiləsi də aparılıb, Avropa strukturlarının Azərbaycanın demokratikləşməsindəki rolu barədə söhbət açılıb. Diplomatlar və partiya liderləri demokratik fikir və ideyaların daha geniş kütlələrə yayılmasında internetin yaratdığı böyük imkanları da müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR