Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib
# 24 dekabr 2012 14:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, saytda (www.tedris-maliyye.gov.az) Mərkəzin əsas vəzifələri, maliyyə işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması, əlavə təhsilin təşkili, o cümlədən maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün sertifikatlaşdırılmasının aparılması ilə bağlı ətraflı informasiyalar yerləşdirilib.

Saytda həmçinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində mühasiblər, eləcə də kommersiya təşkilatları, peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarla təşkil olunan təlimlərdə iştirak etmələri üçün «online» qeydiyyat bölməsi də fəaliyyət göstərir. Maliyyə və mühasibat işçiləri saytda qeydiyyatdan keçməklə mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmış təlim proqramının iştirakçısı ola bilər və beynəlxalq dərəcəli sertifikat ala bilərlər.

Bundan başqa, saytda «Tədris materialları», «Online» test», «Mühasiblərin sertifikasiyası», «Kurslar», «Distant təhsil», «Mətbuat» və digər bölmələr fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR