Bakıda internet klubda bıçaqlanma hadisəsi olub

Bakıda internet klubda bıçaqlanma hadisəsi olub
# 17 dekabr 2012 08:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda internet klubda bıçaqlanma hadisəsi olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 15-də Bakı şəhər sakini Orxan Abidov İ.Dağıstanlı küçəsində yerləşən internet-klubda bıçaqlanıb. O. Abdinov aldığı xəsarətlərdən Kilinik Tibbi Mərkəzə daxil olub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR