Rusiyada girov götürülmüş azərbaycanlı iş adamı xüsusi əməliyyat nəticəsində azad edilib

Rusiyada girov götürülmüş azərbaycanlı iş adamı xüsusi əməliyyat nəticəsində azad edilib
# 05 dekabr 2012 13:30 (UTC +04:00)

APA-nın “novostimo.ru” saytına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı cinayətkar qruplaşmanın bütün üzvləri saxlanıb.

Zərərçəkən noyabrın 21-də oğurlanıb. Ona Vidnoye şəhərindəki evinin həyətində 4 nəfər naməlum şəxs hücum ediblər. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər soydaşımızı silahla təhdid edərək 10 min dollarını alıblar. Daha sonra onu girov götürərək avtomobillə şəhərdən kənarda yerləşən bir evə aparıblar.

Bu müddət ərzində əsir hamam otağında nəzarət altında saxlanıb. Cinayətkarlar onu iki həftə qandalda saxlayıb və işgəncə veriblər. Onlar girovun qohumlarından soydaşımızın azadlığa buraxılması müqabilində 10 milyon rubl tələb ediblər.

Faktla bağlı saxlanan dörd nəfərdən biri Moldovada karate üzrə məşqçi olub. Onların daha bir neçə cinayətdə iştirakı güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR