ABŞ: «Rusiyanın Suriya ilə bağlı mövqeyində hər hansı dəyişiklik yoxdur»

ABŞ: «Rusiyanın Suriya ilə bağlı mövqeyində hər hansı dəyişiklik yoxdur»
# 18 dekabr 2012 04:42 (UTC +04:00)

Bakı-APA. Vaşinqton Suriya nizamlanması məsələsində Rusiyanın mövqeyində hər hansı dəyişiklik görmür. Bu barədə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.

«Keçən həftə apardığımız söhbətlərdən başqa Rusiyanın Suriya məsələsində hər hansı dəyişiklik gördüyümüzü deyə bilmərəm», deyə diplomat bildirib.

Keçən həftə ABŞ, Rusiya nümayəndələri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi arasında görüş keçirilib. Görüşdə Rusiyanı XİN başçısının müavini Mixail Boqdanov, ABŞ-ı dövlət katibinin müavini Uilyam Börns təmsil edib. Görüş nəticəsiz başa çatıb. ABŞ belə görüşlərin mütəmadi keçirilməsini ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR