“Azərbaycan 2020-ci ildə” mövzusunda Gənclər Düşərgəsi keçirilib - FOTO

“Azərbaycan 2020-ci ildə” mövzusunda Gənclər Düşərgəsi keçirilib - <span style="color: red;">FOTO
# 24 dekabr 2012 14:40 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir. APA-nın məlumatına görə, layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə ölkənin gələcəyi haqqında gənclərin uzunmüddətli təfəkkür obrazının formalaşması məqsədilə 22-23 dekabr 2012-ci il tarixlərində “Azərbaycan 2020-ci ildə” mövzusunda Novxanıda “AF Hotel & Aqua Park” istirahət kompleksində Gənclər Düşərgəsi keçirilib. Tədbirin açılış mərasimini elan edən layihə rəhbəri Kəmalə Musayeva layihə haqqında iştirakçılara məlumat verib, düşərgənin işində onlara uğurlar arzulayıb. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTM) sədri Şahin Seyidzadə Azərbaycanda gənclər siyasəti, gənclərin dövlət və vətəndaş cəmiyyətinin idarə olunmasında iştirakı məsələrinə toxunub, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışıb. Adıçəkilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri İndira Hacıyeva da iştirak edib.

Tədbirin açılışından sonra layihəyə seçilmiş 50 gənc ilə birlikdə “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müzakirə edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılıb. Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsində təlimlər üzrə müşavir Araz Paşayev iştirakçılarla birlikdə “Qlobal vә yerli çağırışlar”, “Azərbaycan – 2020: strateji baxış və әsas prioritetlәr”, “İnsan kapitalının inkişafı vә səmәrəli sosial müdafiə sisteminin qurulması”, “Azərbaycan Gəncləri 2020-ci ildə” və digər mövzular ətrafında diskussiyalar aparılıb. Tədbirin ikinci günü isə ARGTM-nın layihə meneceri Tural Abdullazadə iştirakçılarla birlikdə müxtəlif nazirliklər üzrə simulyasiya oyunu təşkil edib. Simuliyasiya oyunu zamanı iştirakçılar tərəfindən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı dövlət tərəfindən kreditə alternativin yaradılması, vətəndaş jurnalistikasının stimullaşdırılması, “Təcrübəli tələbə” modelinin yaradılması və digər maraqlı təkliflər irəli sürülüb. Tədbirin sonunda iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR