Türkiyənin enerji və təbii ehtiyatlar naziri: “Cənub enerji dəhlizində yer alan layihələr bir-birinə rəqib deyil”

Türkiyənin enerji və təbii ehtiyatlar naziri: “Cənub enerji dəhlizində yer alan layihələr bir-birinə rəqib deyil”
# 10 dekabr 2012 12:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Cənub enerji dəhlizində yer alan bütün layihələrin həyata keçirilmə şansı var”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız bildirib. O deyib ki, Cənub enerji dəhlizində yer alan layihələr bir-birinə rəqib deyil: “Mən “Nabucco” layihəsinin baş tutmayacağına inansaydım, hər halda burada olmazdım. “Cənub axını” qaz kəməri layihəsinin Cənub enerji dəhlizi ilə bağlı paketin önəmli bir hissəsi olduğuna inanıram. Cənub enerji dəhlizinin “Nabucco”, TANAP və “Cənub axını” kimi layihələri var. Ona görə də bu layihə seçimləri arasından prioritetləri qiymətləndirmək lazımdır. Bu layihələr əvvəl bir-birinə rəqib kimi görünsə də, daha sonra bunların rəqib olmadığının şahidi olacağıq. Avropa Birliyinin tələbatına baxdığımızda görürük ki, bu layihələrə bənzər daha 3-4 layihəyə ehtiyac var. Biz bu səbəbdən layihələrin həyata keçirilməsinə müsbət baxırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR