Sabah Azərbaycan paytaxtında yağışlı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında yağışlı hava şəraiti proqnozlaşdırılır
# 10 dekabr 2012 10:47 (UTC +04:00)

Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amil sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR