Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri TMB kanalına direktor təyin edilib - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müşaviri TMB kanalına direktor təyin edilib - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 10:58 (UTC +04:00)

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, kanalın daha çox tanıdılması istiqamətində aparılan yeni struktur islahatları çərçivəsində TMB kanalının başına gətirilən B. Uğur vəzifəsini kanalın mərkəzi olan İstanbulda icra edəcək: “Yeni yayım dövründə TMB kanalı fərqli proqramlarla bütün Türk dünyasına səslənəcək. Bu çərçivədə ilk olaraq TMB kanalında Azərbaycan müğənnisi Brilliant Dadaşovanın aparıcılığı ilə dekabrın 4-dən “Brilliant ilə Pırlantalı Gecələr” adlı yeni bir veriliş ekranlara çıxacaq”.

Qeyd edək ki, 2005-2010-cu illər arasında Bakıdakı vəzifəsini icra edən Bülənt Uğur, 1996-2005-ci illər arasında isə Türkiyədə Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri olaraq çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR