“Deluxe” kafedə dönər, “İsmayıloğlu-2009” MMC-də qənnadı məmulatlarının istehsalı və satışı qadağan edilib - FOTOSESSİYA

“Deluxe” kafedə dönər, “İsmayıloğlu-2009” MMC-də qənnadı məmulatlarının istehsalı və satışı qadağan edilib   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 13:11 (UTC +04:00)

Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 37/43 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dəyanət Nəcəfquliyevə məxsus “Deluxe” dönərxana-kafedə dövlət nəzarəti həyata keçirib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə çiy dönər və kulinariya məmulatları qanunvericiliyə zidd olaraq uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji təlimat olmadan istehsal olunur.

Belə ki, normativə əsasən hər bir porsiyada ətin ümumi kütləsi qarnirlə ən azı 50% olmalı olduğu halda, dönərin satışı zamanı buna riayət olunmur, porsiyalar gözəyarı hazırlanır. Çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Üstəlik, müəyyən olunub ki, çiy dönər və digər kulinariya məmulatları zirzəmi şəraitində, sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır. İstehsal zamanı mənşəyi məlum olmayan, tərkibi, istehsal tarixi və yararlılıq müddəti bilinməyən mayonezdən istifadə olunduğu da aşkarlanıb.

Müəssisənin ümumi sanitar vəziyyəti də qeyri-qənaətbəxş olub. Belə ki, müəssisənin qabyuma hissəsi yoxdur, süfrələrin düzülüşündə istifadə olunan qabların və yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq) ayaqyolunda natəmiz şəraitdə yuyulduğu aşkarlanıb. Çalışan personal isə zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) tam təmin olunmayıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq “Deluxe” dönərxana-kafedə çiy dönər, dönər-kabab və kulinariya məmulatlarının istehsalı və satışı qadağan edilib.

Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi-8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Aydın Qurbanova məxsus müəssisədə dönər-kabab və isti-soyuq yeməklərin hazırlanmasına da dövlət nəzarəti həyata keçirib.

Müəyyən olunub ki, istehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur. Müəssisədə dönər-kabab AZS 744-2012 (bənd 4.1.) tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Standartın tələblərinə əsasən, dönər-kababın hər bir porsiyasında ətin ümumi kütləsi qarnirlə ən azı 50% müəyyən olunduğu halda, dönər satışı zamanı buna riayət olunmur. Çiy dönərin və digər isti yeməklərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur. Çiy dönərin hazırlanma şəraiti sanitar norma və qaydalara uyğun deyil. Belə ki, cəmi 5-6 kv. m sahəsi olan mətbəxdə həm çiy dönər, həm də bir neçə adda müxtəlif isti-soyuq (paytaxt, mimoza salatları, plov, sous, ət və s.) kulinariya məhsulları hazırlanır. Hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat və reseptura olmadan həyata keçirilir və s. Bu müəssisəyə də məhsul istehsalı və satışı qadağan edilib.

Komitə əməkdaşlarının qənnadı məmulatları istehsal edən “İsmayıloğlu-2009” MMC-də dövlət nəzarəti zamanı isə müəyyən olunub ki, “İsmayıloğlu-2009” MMC-də 4 adda məhsul (küncütlü şirniyyat, nabatlı karamel, jeleli marmelad, türk paxlavası) istehsal olunur. Bunlardan küncütlü şirniyyat, jeleli marmelad və türk paxlavası müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, standartların tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün tam lazımi şərait yoxdur. Belə ki, köhnə taxta və karton materiallarla arakəsmələr düzəldilərək hazır məhsul və xammal anbarı, istehsal sexləri yaradılıb. Məhsulun saxlanma temperaturuna və nəmliyə riayət etmək üçün şərait yoxdur. Bundan başqa, anbarda üzərində istehsal tarixi olmayan, nə vaxt istehsal olunduğu məlum olmayan (bir ton leleli marmaled, 450 kq küncütlü karamel, 60-70 kq nabatlı karamel) məhsullar aşkarlanıb.

Bu və digər nöqsanlarla bağlı “İsmayıloğlu-2009” MMC-də məhsul istehsalı dayandırılıb, müəssisəyə cərimə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR