Səhiyyə Nazirliyi: Avtobus qəzasında xəsarət alanların hamısı Klinik Tibbi Mərkəzə yerləşdirilib

Səhiyyə Nazirliyi: Avtobus qəzasında xəsarət alanların hamısı Klinik Tibbi Mərkəzə yerləşdirilib
# 17 dekabr 2012 08:59 (UTC +04:00)

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə APA-ya açıqlamasında deyib ki, hadisə baş verəndən sonra xəstəxanaya 8 yaralı, 1 meyit gətirilib. Onun sözlərinə görə, yaralıların 2-si kişi, 6-sı qadındır: “Yaralıların vəziyyəti orta-ağırdır. Hazırda onların kimliyi araşdırılır”.

Qeyd edək ki, bu gün saat 10.00 radələrində Qobu qəsəbəsi yaxınlığında qəsəbədən Bakı şəhəri istiqamətində hərəkət edən 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə xeyli sərnişin xəsarət alıb.

İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR