İrakli Qaribaşvili: “Gürcüstanın baş nazirinin Azərbaycan və azərbaycanlılara böyük hörməti var”

 İrakli Qaribaşvili: “Gürcüstanın baş nazirinin Azərbaycan və azərbaycanlılara böyük hörməti var”
# 18 dekabr 2012 20:50 (UTC +04:00)

Gürcüstan. Nzami Məmmədzadə-APA. “Bu yaxınlarda Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Baş nazirin Azərbaycana və bu ölkədə yaşayan azərbaycanlılara çox böyük hörməti var.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın Daxili İşlər Naziri İrakli Qaribaşvili bildirib. Onun sözlərinə görə, baş nazir Gürcüstan və Azərbaycan arasında əsas prioritet kimi dostluğun, mehriban qonşuluğun, siyasi-iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafındakı münasibətlərin daha sıx olmasında görür. “Biz bütün sahələrdə tərəfdaş olmalıyıq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR