Azərbaycan prezidenti DSMF-nin 2013-cü il üçün büdcəsini təsdiq edib

Azərbaycan prezidenti DSMF-nin 2013-cü il üçün büdcəsini təsdiq edib
# 14 dekabr 2012 14:34 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il üçün büdcəsini təsdiqləyib. «APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında» qanuna əsasən, gələn il Fondun büdcəsinin gəlirləri və xərcləri 2 632,695 mln. manat təşkil edəcək. Büdcə gəlirlərinin 1 077,034 mln. manatını dövlət büdcəsindən transfert təşkil edəcək.

Qanunun təsdiqlənməsi barədə dövlət başçısının fərmanına əsasən, Nazirlər Kabineti 3 ay müddətində mövcud müvafiq qanunvericilik bazasının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Fərmanda dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılıb ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2013-cü il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar.

Gəlir və xərc smetaları aidiyyəti sahə nazirlikləri, habelə Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən hüquqi şəxslərə isə tapşırılıb ki, 2013-cü il üçün smetalarda əvvəlki illərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsini nəzərdə tutsunlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR