Bu ilin ilk 9 ayında Səngəçal terminalından 216 mln. barel neft ixrac edilib

Bu ilin ilk 9 ayında Səngəçal terminalından 216 mln. barel neft ixrac edilib
# 27 noyabr 2012 09:05 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalından 216 mln. barel neft ixrac edilib. Bu barədə «APA-Economics»ə «Əsrin müqaviləsi» - «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» layihələrinin operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətin məlumatına görə, bu ilin üç rübündə «Əsrin müqaviləsi» - «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün gündəlik 25,5 mln. kubmetr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 mln. kubmetr) təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini «Azəriqaz»ın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-ə məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin ilk üç rübü ərzində terminal təxminən 216 mln. barel neft ixrac edib. İxracın 189 mln. bareli Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə, təxminən 22 mln. bareli Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təxminən 5 mln. bareli isə dəmir yolu vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR