Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin məhkəməsi başlayıb

Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin məhkəməsi başlayıb
# 13 dekabr 2012 13:50 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Anar İbrahimlinin sədrlik etdiyi prosesdə müdafiə tərəfi təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Lakin vəsatət təmin olunmayıb.

Prosesin baxış iclası isə dekabrın 19-na təyin olunub.

Xatırladaq ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev cinayət məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə cinayət məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.

Bu il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR