AİB: Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlıyıq

AİB: Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlıyıq
# 11 dekabr 2012 06:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə AİB ilə Azərbaycan arasında birgə əməkdaşlıq istiqamətləri, o cümlədən elektrik enerjisi istehsalı, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin bankın mütəxəssisləri tərəfindən Azərbaycan üzrə hazırlanan 2013-2018-ci illəri əhatə edəcək yeni strategiya barədə də fikir mübadiləsi aparıb. K.Gerhauzer təmsil etdiyi qurumun Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR