İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 6 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 6 nəfər yaralanıb
# 16 noyabr 2012 23:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Noyabrın 16-da səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 6 nəfər yaralanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. Onların müayinə və müalicə edildikdən sonra evlərinə buraxıldıqları bildirilir. Xəbərdə həmçinin bölgədə zəif yeraltı təkanların davam etdiyi də vurğulanır.

Qeyd edək ki, yerli vaxtla saat 07:58-də qeydə alınan təbii fəlakət yerin 4 km dərinliyində baş verib və Rixter şkalası üzrə 4,9 bal gücündə olub. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələ Vərzigandan 6 km, Xacədən 35 km, Əhərdən 40 km və Tehrandan 526 km uzaqlıqda baş verib.

Xatırladaq ki, bu il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 306 nəfər ölüb, 3037 nəfər yaralanıb. Bundan başqa, noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR