Angela Merkel Avrozonaya ağır günlər vəd edir

Angela Merkel Avrozonaya ağır günlər vəd edir
# 15 dekabr 2012 04:19 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel “Avrozona artıq çətin dövrü keçib” fikri ilə razı deyil. O bəyan edib ki, valyuta blokunu hələ bir neçə il davam edəcək ağrılı islahatlar, yavaş artım və yüksək işsizlik gözləyir. Bu barədə APA “MIGnews.com”a istinadən xəbər verir.

Brüsseldə keçirilən Avropa Birliyi liderlərinin ikigünlük sammitin yekunlarına dair jurnalistlərin qarşısında çıxış edən Angela Merkel bank nəzarəti və Yunanıstana yardımın ayrılması ilə bağlı qəbul olunan razılaşmaları yüksək dəyərləndirib, lakin bəzi optimist siyasətçilərin səsləndirdiyi pozitiv proqnozlara çox ehtiyatla yanaşıb.

Angela Merkel bildirib ki, Avropa valyuta bloku əmək bazarının inkişafına və struktur islahatlara yaxın bir neçə il ərzində ümid bəsləməli deyil. O qeyd edib ki, 2013-cü il Avropa ölkələri üçün 2012-ci illə müqayisədə heç də az problemli olmayacaq.

“Avropa Mərkəzi Bankın qeyd etdiyi kimi, 2013-cü ildə bizim iqtisadiyyatda çox aşağı inkişaf templəri müşahidə olunacaq, bir neçə ölkədə isə hətta mənfi olacaq. Bundan başqa, işsizlik çox yüksək səviyyəyə çata bilər”, deyə Angela Merkel vurğulayıb.

“Bir tərəfdən baxanda, bizim nailiyyətlərimiz də az olmayıb. Lakin bizi gələcəkdə çox çətin günlər gözləyir, problemləri bir qətiyyətli addımla həll etmək qeyri-mümkündür. Müxtəlif təkliflər üzərində çox müzakirələr aparılıb. Lakin bu baş tutmayacaq”, deyə Almaniya hökumətinin rəhbəri fikrini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR