Azərbaycan Diplomatik Akademiyasında “Mədəndən bazarlara” adlı seminar keçirilir

Azərbaycan Diplomatik Akademiyasında “Mədəndən bazarlara” adlı seminar keçirilir
# 06 dekabr 2012 10:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Diplomatik Akademiyasında “Mədəndən bazarlara” adlı seminar keçirilir. APA-nın məlumatına görə, tədbir ADA və Dövlət Neft Şirkətinin birgə layihəsi olan Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və “Statoil” Neft Şirkəti tərəfindən birgə təşkil olunub.

Seminarda çıxış edən ADA-nın direktor müavini Fariz İsmayılzadə bildirib ki, Azərbaycan Diplomatik Akademiyası təkcə təhsil deyil, həm də tədqiqat mərkəzidir: “Burada enerji və ətraf mühitlə bağlı məsələlərə önəm verilir. Bu istiqamətdə ilk seminar təşkil olunub”.

“Statoil” şirkətinin vitse-prezidenti Trond Enge qeyd edib ki, Xəzər Avropanı təbii qazla təmin edəcək ən böyük hövzələrdən biridir.

Daha sonra “Statoil”in Azərbaycan üzrə nümayəndəsi Per Johan Bugge seminarda müzakirə ediləcək mövzuları qısa şərh edib.

Seminar çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR