Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub

Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test toplusu çap olunub
# 26 noyabr 2012 09:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında» əsasnaməyə müvafiq olaraq keçiriləcək. Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən 1964 sualdan ibarət test toplusu çap olunaraq namizədlərin istifadəsinə verilib.

İmtahanda namizədlərə müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək.

Suallar Azərbaycan Konstitusiyası, ölkə prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR