Türkiyənin xarici işlər naziri İran və Rusiyanın narahatlığını əsassız sayır

Türkiyənin xarici işlər naziri İran və Rusiyanın narahatlığını əsassız sayır
# 26 noyabr 2012 06:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran və Rusiyanın Türkiyənin Suriya ilə sərhədə “Patriot” raketləri yerləşdirmək istəyi ilə bağlı narahatlığına heç bir əsas görmürük”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazirin sözlərinə görə, bu sistemlər yalnız özünümüdafiə üçündür: “Ona görə də İran və Rusiyanın narahatlığını haqlı saymıram. Ölkəmizə qarşı hər hansı təhdid olmadığı müddətdə bu sistem işə düşməyəcək. Əgər 1%, 5% belə ehtimal olsa, ölkənin təhlükəsizliyin təmin olunması üçün hər cür tədbir görmək isə hökumət olaraq üzərimizə düşən öhdəlikdir. Məsələn, İran-İraq müharibəsi zamanı da Türkiyə belə bir addım atıb, ancaq heç vaxt bundan istifadə etməyib. Sərhədlərimizdə təhlükəsizlik riski aradan qalxdıqdan sonra “Patriot” raketləri gəldiyi ölkəyə geri göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR